RU

VAR-la bağlı yeni texnologiya

FİFA futbola dair yeni texnologiya üzərində işləyir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun Hakimlər Komitəsinin sədri Pyerluici Kollina ESPN-ə müsahibəsində bildirib. 

Kollina bildirib ki, bu, VAR sistemi deyil. Onun sözlərinə görə, bu texnologiya VAR-ın olmadığı, çəkilişlərin 4 kamera ilə aparıldığı liqalarda tətbiqi nəzərdə tutulur. 

Rəsmi video köməkçi hakimin nəzarət etdiyi ənənəvi VAR-dan fərqli olaraq, FVS yalnız məşqçilərə səhv hesab etdikləri epizodlara görə həmin texnologiyaya 2 dəfə müraciət etmək imkanı verir.

Bu halda hakim epizodu meydança yaxınlığında quraşdırılan xüsusi monitorda müstəqil şəkildə izləyir. VAR-dan fərqli olaraq, FVS-də istənilən kadrları seçən video köməkçilər, həm də texnoloji imkanlar yoxdur. Səhv barədə əvvəlcədən xəbərdarlıq etmədən ilkin qiymətləndirmənin düzgün olub-olmadığına yalnız hakim özü qərar verir.

"Məsələn, stadionda düzgün yerləşdirilmiş kameralar olmadan oyundankənar vəziyyətlərdə  yalnız açıq-aydın görünən ofsayd nəzərə çarpacaq. Ona görə də hakimin özünün yekun qərarı çox vacib olaraq qalır", - deyə Kollina bildirib.

Bu sistem artıq qadınlar arasında U-20 və U-17 dünya çempionatları zamanı istifadə olunub. FİFA sistemi digər yarışlarda da sınaqdan keçirə biləcəyinə ümid edir.

Milli.Az

Избранный
18
9
milli.az

10Источники