RU

Bakıya gəlmədilər, amma Bakı ilə sülhdən danışırlar: Paşinyan və Mirzoyandan ard-arda ŞOK AÇIQLAMALAR

Musavat.com xəbər verir ki, Ermənistan rəhbərlərindən ard-arda sülh açıqlamaları gəlir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh sazişi mətninin yekun razılaşmasına çox yaxın olduqlarını vurğulayaraq, ehtiyatlı optimizmini ifadə edib. Sitat: “Biz sülh müqaviləsi mətninin yekun razılaşmasına çox yaxın olduğumuza dair ehtiyatlı optimizm ifadə etmək istərdim”.

Ermənistan baş naziri Nikol Paşinyan isə bu gün verdiyi açıqlamada yalnız sülh müqaviləsi ilə kifayətlənməyib, Azərbaycan və Ermənistan arasında strateji sazişin də imzalanmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, İrəvan bu yaxınlarda Bakının təqdim etdiyi sülh müqaviləsi təklifləri paketinə cavab verib.

Sülhə bir addım qaldığı barədə Rusiya mediası da yazılar dərc edir.

Həmin yazılarda iddia olunur ki, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda keçirilən BRICS sammitində apardığı danışıqlar nəticəsində İrəvan və Bakı regional kommunikasiyaların açılması üzrə razılaşmaya yaxınlaşıblar.

Bütün bunlar həm də o zaman kəsiyində baş verir ki, Ermənistan nümayəndə heyəti Bakıda keçirilən COP29 sammitinə hələ də qatılmayıb. Baxmayaraq ki, dəvət olunublar, baxmayaraq ki, qeydiyyatdan keçiblər, amma ermənilər Bakıya gəlmədikləri halda, Bakı ilə sülhdən danışırlar.

Musavat.com o detalı da vurğulayır ki, bu gün Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərin “Ermənistandan kimsə Bakıda keçiriləcək COP29-a gedəcəkmi” sualına cavab verməkdən imtina edib.

Musavat.com

Избранный
22
musavat.com

1Источники