RU

Türkiyə Futbol Federasiyasından “Montella gedəcək” iddialarına reaksiya

style='margin-bottom:10px;'>

Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Vinçenzo Montellanın "Roma"ya keçəcəyi ilə bağlı iddialara açıqlama verib. 

QOL.az xəbər verir ki, TFF-nin sədr müavini Ceyhun Kazancı "TRT Spor" kanalına açıqlamasında deyib: "Belə bir klubun öz əfsanəsinə təklif etməsi təbiidir. Bizə gələn heç bir rəsmi təklif yoxdur. Rəsmi bir vəziyyət olarsa, qiymətləndiriləcək. Biz məşqçimizdən razıyıq və məşqçimiz də bizdən razıdır. Məncə məşqçimizin o istiqamətə meyli olmayacaq.

Həmişə danışdığımız şey 2026-cı il dünya çempionatına necə gedəcəyimiz və orada nə edəcəyimizdir. Hər iki tərəf bir-birindən razıdır. Yalnız bir hədəf var - 2026. İndi başımızı heç nə ilə qarışdırmayaq. Belə məsələlərdə müqavilədən çox niyyətə diqqət yetirmək lazımdır. Oradan gələn məlumatlara çox fikir verməyək. Məşqçinin niyyətinə diqqət edək. Dünən birlikdə nahar etdik. Danışdığımız tək şey 2026 dünya çemionatı idi. "Roma" söhbətimizin mövzusu deyil."

Xatırladaq ki, daha öncə mətbuatda "Roma"nın Vinçenzo Montella ilə maraqlanması bağlı xəbərlər yayılmışdı. 

Избранный
25
3
teleqraf.com

5Источники