RU

Kosovolu məşqçi serbə uduzan qızını döydü - VİDEO

Albaniyanın paytaxtı Tiranada keçirilən taekvondo üzrə Avropa çempionatında xoşagəlməz hadisə yaşanıb. 

Fanat.Az xəbər verir ki, Kosovo millisinin məşqçi Valmir Fetiu turnirin finalında uduzan qızını döyüb.

"Kurir"in məlumatına görə, məşqçini 8 yaşlı qızının serb rəqibinə uduzması özündən çıxarıb. 

 

Artıq Avropa Taekvondo İttifaqı (ETU) baş verən hadisə ilə bağlı ölçü götürüb. Ata-məşqçi qurum tərəfindən 6 ay müddətə bütün yarışlardan uzaqlaşdırılıb. 

Mirağa

Избранный
9
fanat.az

1Источники