RU

İlham Əliyev: Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini gələcəkdə də davam etdirəcək VİDEO

"Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir".

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı səsləndirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib. Həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verib. Azərbaycan Qoşulmama Hərəkatında dörd illik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.

Dövlət başçısı həmçinin qeyd edib ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı “dəniz əraziləri” iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. O bildirib ki, həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.

Prezident Azərbaycanın kiçik ada dövlətlərinə dəstəyini gələcəkdə də davam etdirəcəyini bildirib.

Daha sonra çıxış edən BMT baş katibi Antonio Quterreş zərər və itkilər fondunun yaradılmasının vacibliyini qeyd edib.

Antonio Quterreş qeyd edib ki, növbəti ildə 400 milyon ABŞ dolları həcmində maliyə vəsaitlərinin verilməsi mühümdür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
33
xezerxeber.az

1Источники