RU

“Barselona”da Ansu Fati də zədələnərək sıradan çıxdı

“Barselona”nın ispaniyalı sol cinah hücumçusu Ansu Fati zədələnərək, təxminən bir ay müddətinə sıradan çıxıb.

Arena.az bu barədə “Barselona”nın mətbuat xidmətinə istinadən məlumat verir.

Zədəyəmeylli gənc hücumçu bu gün, noyabrın 13-də “blauqrana”nın səhər məşqi zamanı zədə alıb. Müayinə Fatinin dizaltı vətərinin zədələndiyini təsdiqləyib.

Bu, Fatinin cari mövsümdə artıq ikinci zədəsidir. Fati iyul ayında dizindən ilk zədəni almış və bu səbəbdən cari mövsümün başlanğıcını buraxmalı olmuşdu.

Ansu Fati futbola “Errera” klubunda qədəm qoyub. Buradan “Sevilya”nın, ardınca isə “Barselona”nın futbol akademiyasında yol tapıb və “blauqrana”nın heyətində böyük futbolda debüt edib.

Mütəmadi surətdə zədələr alan Fati əsas komandada möhkəmlənə bilmədiyi üçün, “Barselona” gənc futbolçusunun oyun təcrübəsinə təmin etmək məqsədilə, ötən mövsüm Fatini “Brayton”a carəyə vermşdi. Özünü təsdiqləmiş Fati cari mövsümdə “Barselona”ya qayıdıb. Fatinin “blauqrana” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fati “Barselona”nın heyətində bütün yarışlarda məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 7 oyun keçirib.

Fatinin “blauqrana”nın heyətində çıxışının ümumi mənzərəsi 119 oyun, 29 qol və 10 məhsuldar ötürmədən ibarətdir.

Ansu Fati 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fatinin qənimətlər muzeyində “Barelona” ilə qazandığı İspaniya Liqası çempionluğu, İspaniya Kuboku və İspaniya Super Kuboku var. Fati həmçinin İspaniya yığması ilə UEFA Millətlər Lqiasının (2023) qalibi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispaniyalı sol cinah hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Избранный
30
arena.az

1Источники