Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyası siyasi problemlərdən çox danışacaq, amma hazırda onun problemləri həll etmək planı yoxdur.
Reyting.az xarici KİV-ə istinadla bildirir ki, bunu iqtisadiyyat üzrə cari ilin Nobel mükafatı laureatı, qlobal münaqişələr üzrə professor, Çikaqo Universitetinin nəzdində Qlobal Münaqişələrin Tədqiqi və Həlli Pearson İnstitutunun direktoru Ceyms Robinson ABŞ-nın seçilmiş prezidenti ilə bağlı danışarkən deyib.