RU

Ölkəmizdə 5 ildə bərpaolunan enerji 35,5 faizə çatacaq

Azərbaycan 2030-cu ilədək “yaşıl artım ölkəsi”, “yaşıl” elektrik enerjisi və “yaşıl” qazların tədarükçüsü kimi inkişaf prioritetlərinə uyğun olaraq bərpaolunan enerji potensialını milli və beynəlxalq miqyasda artıran ambisiyalı meqa layihələr həyata keçirir. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov COP29-da bərpaolunan enerji və enerji səmərəliliyinə investisiyaların artırılmasına dair Nazirlər Dialoqunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, 2030-cu ilə qədər istismara veriləcək 2,250 meqavat gücündə günəş və külək elektrik stansiyaları quraşdırılmış gücdə bərpaolunan enerjinin payını 35,5 faizə yüksəldəcək: “Bu, yalnız 30 faizlik hədəfimizin yenilənməsi deyil, eyni zamanda, günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7 dəfədən çox artması deməkdir. Bu dövrdə əsas strateji hədəflərimizdən biri də 5 qiqavat əlavə enerji gücü yaratmaq və bu enerjinin “Xəzər – Qara dəniz – Avropa” və “Azərbaycan – Türkiyə – Avropa” dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə də Qazaxıstan və Özbəkistandan bərpaolunan enerjinin axını üçün “Azərbaycan – Mərkəzi Asiya” yaşıl enerji dəhlizini qurmaqdır”.

Onun sözlərinə görə, regional “yaşıl” enerji dəhlizləri bir-biri ilə əlaqələndirilərək Avropaya yönəldildiyi təqdirdə, Azərbaycan 2030-cu ildə həm özünün, həm də Asiyadan Avropaya qədər geniş bir coğrafiyada ölkələrin “yaşıl” enerjiyə keçidinə və qlobal öhdəliklərin yerinə yetirilməsinə əhəmiyyətli töhfə verəcək.

Избранный
5
2
xalqqazeti.az

5Источники