İspaniya Valensiyasından sonra İtaliyanın Siciliya adasını dəhşətli daşqınlar bürüyüb.
Reyting.az xarici KİV-ə istinadla məlumat verir ki, daşqınlara səbəb bölgəyə yağan güclü yağışlardır.
Əyalətin Cərrah bölgəsinə 6 saat ərzində 400 millimetr yağıntı düşüb. Daşqın küçələrdə avtomobilləri qabağına qatıb aparan çaylara çevirib. Əhali təcili köçürülür. Sosial şəbəkə istifadəçiləri yaşayış binalarını su basması ilə bağlı kadrları yayırlar.