RU

EIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu açıqlayıb.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel təşkil edəcəyi ehtimal edilir (proqnoz dəyişməyib).

Bununla yanaşı, EIA-nın ehtimalına görə, gələn il ölkədə ortalama gündəlik neft hasilatı 630 min barel səviyyəsində olacaq (öncəki proqnoz – 640 min barel).

Qeyd olunur ki, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.

Əlavə etmək lazımdır ki, 2022-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub. 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.

Xatırladaq ki, 2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel təşkil edib.

Избранный
17
3
apa.az

4Источники