RU

Rusiyada həbsdə olan Elman Paşayevlə bağlı qərar verildi

Moskva Qarnizonu Hərbi Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq vəkil Elman Paşayevin həbs müddətini uzadıb.

Demokrat.az  xəbər verir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.

"Moskva Qarnizonu Hərbi Məhkəməsinin qərarı ilə təqsirləndirilən Paşayev barəsində həbs qətimkan tədbirinin müddətinin yanvarın 15-dək uzadılması ilə bağlı istintaq orqanının vəsatəti təmin edilib", - məlumatda deyilir.

Hərbi müstəntiqlərin tələbi ilə həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Избранный
24
5
demokrat.az

10Источники