RU

Karbon emissiyalarını azaltmaq ilk növbədə ətraf mühit üçün vacibdir - ICESCO-nun Baş direktoru

Bakı. Trend:

Karbon emissiyalarını azaltmaq və əsas təbii ehtiyatlarınqorunması ilk növbədə ətraf mühitin davamlılığını təmin etmək üçünvacibdir. Bu, təbii resurslardan məsuliyyətlə istifadəni təşviqedir, bərpaolunan enerjidən istifadə edilməsinə dəstək verir.

Trend xəbər verir ki, bunu“ASAN xidmət”in təşkilatçılığı ilə Yaşıl Qabaqcıl İdarəetmə üzrəNazirlər Forumunda çıxış edən ICESCO-nun Baş direktoru Salim binMəhəmməd əl-Malik deyib.

“Bununla yanaşı, təmiz istehsal texnologiyalarının inkişafı dagündəmdədir. Təəssüf ki, vaxtımız məhduddur. Ancaq ətraf mühitinqorunmasına yönəlmiş qanunların tətbiqi, zərərli təcrübələrinqarşısının alınması və beynəlxalq razılaşmalara riayət etmək üçünsəylər göstərməliyik”, - deyə Baş direktor bildirib.

O deyib ki, ICESCO həmçinin üzv ölkələrlə əməkdaşlıq edərəkbeynəlxalq razılaşmalara əməl edir və üzv ölkələrdə sutəhlükəsizliyinin təmin olunması üçün proqramlar hazırlayır. “Yaşılşəhərlər” proqramının həyata keçirilməsi və ictimaiyyətin ətrafmühitin təsirləri ilə bağlı məlumatlandırılması da əsasprioritetlərdən biridir.

“Müstəqil monitorinq və tədqiqatlar vasitəsilə bu prosesənəzarət edirik. Bu istiqamətdə tədbirlər, araşdırmalar və idarəetməmexanizmləri tətbiq olunur.

Eyni zamanda, İslam ölkələri üçün iqtisadi və ekoloji liderlikyolunda yaşıl iqtisadiyyat modelini inkişaf etdirmək üçün birgəişləməyin vacibliyini başa düşürük. Gələcək nəsillərin rifahı üçünbu istiqamətdə əməkdaşlıq etməliyik”, - deyə Salim bin Məhəmmədəl-Malik fikirlərinə yekun vurub.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
21
7
az.trend.az

9Источники