RU

ABŞ iqtisadiyyatı yeni maliyyə ilinə 2020-ci ildən bəri ən böyük kəsirlə başlayıb

ABŞ, Oktyabr ayında başlayan 2025-ci il maliyyə ilinə böyük büdcə kəsiri ilə başlayıb.

Marja.az xəbər verir ki, Xəzinədarlıq Departamenti oktyabrda federal büdcə kəsirinin əvvəlki illə müqayisədə 287 faiz və ya 191 milyard dollar artımla təxminən 257 milyard dollar olduğunu açıqlayıb.

Bu, 2020-ci ildə pandemiyanın başlamasından bəri maliyyə ilinin ilk ayında ən yüksək kəsirdir.

İqtisadçılar 2025-ci maliyyə ilinin ilk ayı olan oktyabrda büdcə kəsirinin 72,7 milyard dollar olacağını təxmin edirdilər.

Xəzinədarlıq Departamenti bildirib ki, gecikmiş vergi ödənişləri və ilk növbədə Kaliforniyada təbii fəlakətlər səbəbindən xərclərdəki artımla bağlı dəyişikliklər kəsirin artmasına səbəb olub.

ABŞ sentyabrda başa çatan maliyyə ilində 1 trilyon 833 milyard dollar kəsir verib. Bu, tarixdə üçüncü ən yüksək kəsir idi.

Oktyabrın kəsirinin bir hissəsi milli müdafiə xərcləri ilə bağlı olub ki, bu da əvvəlki illə müqayisədə təxminən 15 milyard dollar çoxdur. Sosial təminat xərcləri təxminən 8 milyard dollar çox olub. Xəzinədarlığın borc qiymətli kağızları üzrə ödənilən faiz xərcləri təxminən 7 milyard dollar azalıb,.

Избранный
15
marja.az

1Источники