RU

Lavrov ABŞ-la təmaslar haqda: top onların meydançasındadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov xatırladıb ki, prezident Vladimir Putin ABŞ-nin yeni administrasiyası ilə təmaslara hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, top hazırda Vaşinqtonun meydançasındadır. 

Məlumatı “Kommersant” verib. 

Nazir ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasından gözləntiləri barədə danışmayıb. O, “konkret işlərə görə mühakimə etməyi” təklif edib və Respublikaçılar üçün Çini dayandırmaq vəzifəsinin prioritet olaraq qalacağını istisna etməyib.

Lavrov respublikaçının Ukraynadakı münaqişəni 24 saat ərzində dayandırmaq vədinə də “diqqət yetirmək istəməyib”: “Hazırda Respublika düşərgəsində, necə deyərlər, Ukrayna münaqişəsini necə bitirmək barədə “inqilabi ideyalar” ifadə edənlər arasında heç kim heç yerdə qeyd etməyib ki, Ukrayna əhalisinə danışmaq, oxumaq, uşaqlarına oxutmaq və rus dilində məlumat əldə etmək hüquqlarını qaytarmalıdırlar”. 

Nazirin sözlərinə görə, “müharibəni dayandırmaq istəyən” kimi təqdim olunanlar “təmas xətti boyunca hərəkət etməkdən”, “on illik barışıqdan” danışırlar. O hesab edir ki, bunlar “yalnız yeni “qablaşdırmada eynən Minsk razılaşmalarıdır” və “daha ​​pisdir”, çünki Minsk razılaşmaları “yekun idi”.

P.ƏMİRCANOV
XQ

Избранный
27
xalqqazeti.az

1Источники