RU

“Axıska türklərinə hər cür dəstəyi davam etdirəcəyik” - Hakan Fidan

“Dünyanın müxtəlif ölkələrinə yayılan 500 minə yaxın Axıska türklərinin birlik və kimliklərini qoruyub yaşatmaq üçün əlimizdən gələn dəstəyi verməyə davam edəcəyik".

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan özünün “X” sosial media hesabında yazıb.

O, vətənindən didərgin düşmüş bütün Axıska türklərinin dərdinə şərik olduğunu bildirib.

“Axıska türklərinin vətənlərinə dönüş yolunun uğurla başa çatmasını ən güclü şəkildə dəstəkləyirik”, - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
11
missiya.az

1Источники