RU

Avropanın məğlubiyyət etirafı: Trampla iş bitdi, Ukrayna...

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrel Donald Trampı diktator adlandıraraq, onun hakimiyyəti dövründə ABŞ-ni kaudillo Fransisko Frankonun rəhbərlik etdiyi İspaniya ilə müqayisə edib. 

Ölkə.Az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrel ABŞ-də seçkilərin nəticələri fonunda Avropa Parlamentində Aİ ilə ABŞ arasında münasibətlərə dair dinləmələr zamanı deyib.

“Amerika Trampın dövründə Obamanın dövründə olduğu ölkə deyil, İspaniyaya baxdığınız kimi Baş nazir Felipe Qonzalesin (1982-1996) və Frankonun (1936-1975) dövründəki eyni ölkə deyil", - Borrel bildirib.

Onun fikrincə, diktator Franko ilə prezident Tramp arasında yalnız bir fərq var: "Alman və italyan nasistlərinin dəstəyi ilə İspaniyada dövlət çevrilişi və vətəndaş müharibəsi nəticəsində hakimiyyəti ələ keçirən Franko xalqın “iradəsini əks etdirmədi”, amma Tramp ən az Amerika seçicilərinin maraqlarını "tam əks etdirir".

Amerikalılar yenidən Trampı seçdilər. Bu, dünyanın sonu deyil. Əgər amerikalılar fərqli seçimlər etsəydilər, o zaman yeni dünyanın başlanğıcı olardı”, - Borrel qeyd edib.

Avropa Parlamentində Trampla bağlı dinləmələri yekunlaşdıran Borrel ABŞ-nin Ukraynaya yardımı kəsəcəyi ilə bağlı xəbərdarlıq edib. “Əgər Ukraynanın çökməsinə imkan verilərsə, tarix Qərbi mühakimə edəcək”, - o vurğulayıb. 

O sonda onu da qeyd edib ki, Trampın dövründə Aİ müdafiə üçün artıq NATO-ya tam arxalana bilməz.

Mürtəza
Ölkə.Az

Избранный
20
olke.az

1Источники