RU

Ravi Menon: "Yaşıl" keçidlə bağlı resursları bir platformada cəmləmək olar

İqlim dəyişikliyi ilə mübarizədə investorlar və kapital təminatçıları öz resurslarını bir platformada birləşdirə bilərlər və bu platforma daha sonra layihələrə sərmayə qoya bilər.

APA xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda iqlim fəaliyyəti üzrə səfir Ravi Menon deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə güzəştlər dərinləşdirilməlidir:

"Biz "yaşıl" keçidi həyata keçirməliyik. COP29 maliyyəyə fokuslanıb. Əsas məsələ inkişaf etmiş ölkələr tərəfindən söz verilən vəsaitlərin necə idarə edilməsidir. Maliyyələşdiriləcək layihələrin iqlim dəyişikliyi ilə mübarizədə effektivliyi mövzusuna fokuslanmalıyıq".

Избранный
5
apa.az

1Источники