RU

Keyn milliyə gəlməyən ulduzları biabır etdi: Ayıbdır!

İngiltərə yığmasının kapitanı Harri Keyn millinin oyunlarından yayınan komanda yoldaşlarından narazılığını bildirib.

Publika.az xəbər verir ki, Keyn hesab edir ki, bu, Avro-2024-dən sonra millinin baş məşqçisi postunu tərk edən Qaret Sautqeytin vaxtında baş verməzdi:

“Düşünürəm ki, milli komanda əsas olmalıdır. Peşəkar futbolçu üçün milli komanda klubdan üstündür, hər şeydən önəmlidir. Qaret buna ciddi yanaşırdı. O, qərar verməkdən qorxmurdu.

İşlərin belə olması ayıbdır. Bəli, mövsümün çətin dövrüdür və bəlkə də bundan bir az yararlandılar. Düzünü desəm, heç xoşum gəlmir. Düşünürəm ki, İngiltərə hər şeydən, istənilən klubdan üstün olmalıdır. İngiltərə üçün oynamaq sevincdir.

Məncə, Qaret onları geri qaytarardı. Hər təlim-məşq toplanışında futbolçular məmnuniyyətlə gəlmək istəyirdilər. Bəli, bu, ən vacib şeydir”.

Qeyd edək ki, Millətlər Liqasının Yunanıstan və İrlandiya ilə matçları öncəsi zədə səbəbindən 8 futbolçu sıradan çıxıb. Söhbət Cek Qriliş, Fil Foden, Trent Aleksander-Arnold, Levi Kolvill, Kol Palmer, Aaron Remsdeyl, Deklan Rays və Bukayo Sakadan gedir. İngiltərə mətbuatında yayılan söz-söhbətlərə görə futbolçular təqvimin sıxlığını nəzərə alaraq, dincəlmək istəyirlər.

Heybət

Избранный
2
publika.az

1Источники