RU

Dələduzlar SSRİ xalq artistinə 15 milyon pul "atdılar"

SSRİ xalq artisti və məşhur xoreoqraf Oleq Vinoqradov dələduzların qurbanı olub. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Vinoqradov dələdizların əməllərinin ucbatından 15 milyon rubldan çox ziyana düşüb. "Mash" qeyd edib ki, avqust ayında xoreoqraf fırıldaqçılardan zəng alıb. Onlar özlərini bankın təhlükəsizlik işçisi kimi təqdim edib və sənətçinin vəsaitlərini “təhlükəsiz hesaba” köçürməkdə israr ediblər. Xoreoqraf cinayətkarlarla görüşüb və onlara pul verib.

Hazırda faktla bağlı “Xüsusilə külli miqdarda dələduzluq” maddəsi ilə iş başlanıb. Cinayətkarları on ilə qədər həbs gözləyir.

Tural

Избранный
6
news365.az

1Источники