RU

COP29-un prezidenti MDB-ləri uyğunlaşma maliyyəsini artırmağa çağırıb

İqlim böhranı bir çoxları üçün ekzistensial xarakter daşıyır və hərəkətsizlik ciddi insan və iqtisadi itkilərə səbəb ola bilər.

Publika.az xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Transformasiyaedici iqlim fəaliyyəti: Maliyyə daxilolmalarından təsirə və Çoxtərəfli İnkişaf Banklarının katalitik təsirinə keçid" mövzusunda təşkil olunan dəyirmi masada çıxışı zamanı bildirib.

M. Babayev qeyd edib ki, iqlim dəyişikliyindən təsirlənən icmalara qarşı mənəvi öhdəliklər var: “Bu yük çox vaxt öndə olanların və maliyyə resursları ən az olanların üzərinə düşür. Təxminlərə görə, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma xərcləri illik ÜDM-in 4-5 %-ni təşkil edir, borc öhdəlikləri isə bu məhdud resursların daha da tükənməsinə səbəb olur. İqlim maliyyəsi bu icmalar və iqlim dəyişikliyinin önündə olan milyonlarla insan üçün işləməlidir”.

O əlavə edib ki, COP29 il ərzində iqlim maliyyəsini mərkəzi element kimi qəbul edərək, iddialı milli iqlim planlarının həyata keçirilməsini və iqlim maliyyəsinin artırılmasını qarşıya məqsəd qoyub: “Ümumi çağırış budur ki, iqlim ehtiyacları trilyonlarla ölçülür”.

Избранный
13
4
publika.az

10Источники