RU

“Qarabağ”ın rəqibində böhran - Səhmlərini satır

UEFA Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan Fransanın “Olimpik Lion” klubu maliyyə böhranı yaşayır.

Fanat.Az xəbər verir ki, məlumatı "Lequipe" yayıb.

Nüfuzlu nəşrin yaydığı məlumata görə, cümə günü klubun sahibləri Fransanın peşəkar futbol klublarının hesablarının monitorinqi və nəzarətindən məsul olan təşkilata (DNCG) hesabat təqdim edəcəklər.

“Olimpik Lion” xəzinəni doldurmaq üçün müxtəlif yollara baş vurur ki, 75 milyon avro dəyərində qiymətləndirilən səhmlərin bir hissəsinin İngiltərənin “Kristal Pelas” klubunun sahibinə satılması, həmçinin, bir sıra futbolçuların transfer bazarına çıxarılması mümkün variantlardan ən realı kimi dəyərləndirilir.

Xatırladaq ki, “Qarabağ” – “Olimpik Lion” matçı noyabrın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Избранный
6
fanat.az

1Источники