Bu sözləri Demokrat.az-a ekoloq Qorxmaz İbrahimli deyib:
"Günəş enerjisi, külək enerjisi, karbon atıqları ilə bağlı müzakirələr gedir.
Bu il ölkəmizdə keçirilən COP29 tədbirinin əsas məqsədlərindən biri iqlim dəyişikliyinə bağlı olaraq havanın ortalama temperaturunun artmasıdır. Temperaturun 1.5 dərəcədən qalxmaması üçün işlər görülür. Ötən dörd il ərzində bunu etmək mümkün olmadı. Ümid edirik ki, bu ilki konfransdan sonra bu barədə lazımı addımlar atılacaq".
O qeyd edib ki, maliyyə bazasının yaradılması, inkişafda olan ölkələrə yeni texnologiyaların verilməsi də əsas məsələlərdəndir:
"Zəif inkişaf etmiş ölkələrdə ətraf mühit duyarlılığının yaradılması üçün də maliyyə dəstəyi yaradılacaq. Dünyanın müxtəlif ölkələrindən olan təmsilçilərlə geniş səviyyədə bu müzakirələr aparılır. Yekun nəticəyə çox var. Müxtəlif yerlərdə tədbirlər davam etməkdədir".
Əfsanə Kamal
Demokrat.az