RU

Dünyanın ən böyük mərcanı tapıldı

Dünyanın ən böyük mərcan koloniyası Okeaniya ölkəsi Solomon adalarında yerləşir. 

"Cebheinfo.az" "National Geographic" jurnalına istinadən xəəbər verir ki, Sakit Okeanın iqlim dəyişikliyindən necə təsirləndiyini tədqiq edən videoqraf Manu San Feliks oktyabrda suda üzərkən mərcan koloniyası aşkar edib. Mərcan koloniyasının 34 metr eni, 32 metr uzunluğu və 5,5 metr hündürlüyündə olduğunu deyən Feliks onun dünyanın ən böyük mərcan koloniyası olduğunu bildirib. 

Feliks qeyd edib ki, milyonlarla polipin bir araya gəlməsi nəticəsində yaranan bu mərcan koloniyası dünyanın ən böyük heyvanı olan mavi balinadan da böyükdür. Elm adamları onun yaşının təxminən 300 il olduğu təxmin edilir. Mərcan koloniyası balıqçılıq və qlobal istiləşmə kimi problemlərlə üzləşir. 

Избранный
9
cebheinfo.az

1Источники