RU

Köpəkbalığı 16 yaşlı idmançını yaraladı

Hind okeanındakı Reyunyon adasının sahilində köpəkbalığı 16 yaşlı italyan sörfinqçi Dia Sandronu parçalayıb.

News24.az xəbər verir ki, sörfinq klubunun üzvləri köpəkbalıqlarının hücumlarına görə qapalı zonada məşq edir. Lakin gənc idmançı qeyd olunan zonadan kənara çıxdığından həmin bədbəxt hadisə baş verib.

Xoşbəxtlikdən Dia Sandroya körpə köpəkbalığı hücum edib, idmançı cəld reaksiya verdiyindən yalnız sağ qolunun 2 hissəsində xırda batıqlar olub. 

Xilasedicilərin də operativ müdaxiləsi fəlakətin qarşısını alıb. 

Ağa Dadaşzadə


Избранный
8
news24.az

1Источники