RU

Külli miqdarda dələduzluqda ittiham olunan polkovnik Rasim İldırımzadə və Zaur Mirzəzadənin məhkəməsi başlayıb

Dələduzluqda ittiham olunan Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri,“Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə, Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə və Qoşqar Məmmədovun ittiham oldunduğu cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirlən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxlər və vəkilləri, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi ittiham aktı ilə tanış olmadıqlarını bildiriblər.

Məhkəmə müşavirədən sonra proses iştirakçılarının ittiham aktı ilə tanış olmaları üçün vaxt verilməsinə qərar verib.

Hazırlıq iclası 26 noyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib

Избранный
7
5
azpolitika.info

10Источники