"Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı futbol klubu adı uğrunda mübarizə aparacaq namizədləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahı belədir:
"Əl-Əhli", "Əl-Əyn", "Atalanta", "Atletiko Mineyro", "Bayer Leverkuzen", "Botafoqo", "İnter" (Milan), "Mançester Siti", "Olimpiakos", PSJ, "Real Madrid", "Sportinq".
Artıq "Globe Soccer Awards"ın rəsmi saytında səsvermə start götürüb. Səsvermənin nəticələrinə əsasən finalçılar müəyyənləşəcək. Mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda baş tutacaq.
Qeyd edək ki, ötən il bu mükafata "Mançester Siti" layq görülmüşdü.
Nihat