Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampın İlon Maskı ABŞ Hökumətinin Səmərəlilik Departamentinin yeni rəhbəri təyin etməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Türkiyənin texnologiya sahəsində atdığı addımlar dünyanın diqqətini çəkir. Texnologiya təkbaşına irəliləyə aparılan bir sahə deyil, mütləq bəzi ortaqlıqlara ehtiyacın var.
Bu sahədə əməkdaşlıq imkanları yaranarsa, Mask ilə addımlar atıla bilər. İlon Mask Tramp administrasiyasında hansı sahədə çalışacaq, o, Trampa və ya ABŞ administrasiyasına hansı faydalar gətirəcək, bunu zamanla görəcəyik”, – Türkiyə lideri bildirib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта