RU

ECF: Ölkələrin milli səviyyədə müəyyən edilmiş töhfələrinə velosiped sürmə daxil edilməlidir

BMT-də qeyri-hökumət təşkilatı - müşahidəçi qismində akkreditə olunmuş Avropa Velosipedçilər Federasiyası (ECF) iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərini iqlim hədəflərinə nail olmağı sürətləndirməyə çağırış edib.

Bu barədə “Report” ECF-ə istinadən məlumat verir.

Eyni zamanda vətəndaşların sağlamlığını yaxşılaşdırmaq üçün piyada gəzinti və velosiped sürmənin milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) daxil edilməsinin əhəmiyyəti vurğulanıb.

Avropa Velosipedçilər Federasiyası COP29-da müşahidəçi qismində yenidən fəal iştirak edəcək, həmçinin Aktiv Səyahət və Sağlamlıq Tərəfdaşlığının (PATH) və Dayanıqlı Aşağı Karbonlu Nəqliyyat Tərəfdaşlığının (SLOCAT) əsas tərəfi rolunda çıxış edəcək.

Təşkilatı COP29-da baş direktor Cill Uorren və şəbəkələrlə iş üzrə direktor Froso Kristofides təmsil edəcək.

Избранный
11
report.az

1Источники