RU

COP29-dan müstəmləkə keçmişi olan bütün ölkələrə çağırış edildi...

Image

Əli Orucov: “Burada söhbət əsasən Fransadan gedir”

COP29-a ev sahibliyi edən ölkə olaraq, Azərbaycanın inkişaf edən kiçik ada ölkələri ilə əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb. Onların səsi bu gün qlobal səhnədə eşidilməlidir.

Bu fikri Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı səsləndirib.

“Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər”, - deyə dövlət başçısı bildirib.

Göründüyü kimi, Prezident çıxışında müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə dəstəyə çağırıb. Maraqlıdır, burada söhbət hansı ölkələrdən gedir?

“Onlar üçün keçmiş müstəmləkələrin hansı ekoloji problemlərdən əziyyət çəkməsinin heç bir əhəmiyyəti yoxdur”

Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Burada söhbət müstəmləkə keçmişi olan bir neçə Avropa ölkəsindən gedir. O ölkələrdən ki, uzun əsrlər ada dövlətlərini müstəmləkə altında saxlayıblar. Sərvətlərini talayıblar, ekologiyasına ziyan vurublar və s. Konkret olaraq Fransa, Belçika və Hollandiyadan söhbət gedir. Məhz bu dövlətlərin cinayətlərlə, soyqırımlarla dolu müstəmləkə keçmişi var. Əsasən də Fransanın. Fransa nəinki ada dövlətlərinin sərvətlərini talan edib, həm də yerli xalqları soyqırıma məruz qoyub. Ona görə də məhz Fransa borcludur ki, həmin ada dövlətlərinə iqlim dəyişikləri ilə mübarizədə maliyyə yardımı göstərsin. Buna Fransanın kifayət qədər maddi imkanı da var. Çünki Fransa iqtisadi gücünə görə Avropa İttifaqında ikinci dövlətdir. Fransa sənaye və maliyyə imkanları geniş olan inkişaf etmiş ölkədir. Götürək elə Yeni Kaledoniyanı. Yeni Kaledoniya Fransaya kifayət qədər uzaqda – Sakit okeanda yerləşir. Ancaq buna baxmayaraq, Fransa kanakların müstəqil olmasına imkan vermir. Niyə? Ona görə ki, Yeni Kaledoniya dünyada nikel ehtiyatlarının 25 faizinə sahibdir. Bu səbəbdən Fransa adanı əldən vermək istəmir. Fransa üçün onun keçmiş müstəmləkələrinin hansı ekoloji problemlərdən əziyyət çəkməsinin heç bir əhəmiyyəti yoxdur. Afrika qitəsinin qərbi uzun illər Fransanın müstəmləkəsi olub. Bu gün Qərbi Afrika ölkələri ən yoxsul ölkələr içərisində ön sırada gedir. İndiyə qədər Fransa həmin ölkələrə ciddi iqtisadi, humanitar yardım edibmi? Yox. Halbuki, Fransa Əlcəzairdə, Ruandada, digər Afrika, Asiya ölkələrində soyqırımlar törədib. Ona görə də sözügedən məsələlərdə Fransanın üzərinə həm siyasi, həm də hüquqi və mənəvi məsuliyyət düşür”.

Vidadi ORDAHALLI





Избранный
23
baki-xeber.com

1Источники