RU

Gəncədə Heydər Əliyev Park-Kompleksindəki süni göl bərpa edilir

Gəncə şəhər Heydər Əliyev Park-Kpmpleksində yerləşən suni göldə təmir-bərpa işləri həyata keçirilir.

Bu barədə APA-ya Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

İşlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin sifarişi əsasında aparılır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Park-Kpmpleksinə gələrək, süni göldə aparılan işlərlə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, ərazidə 380 metr uzunluğunda su ötürücü borunun çəkilişi həyata keçirilir və işlər yekunlaşmaq üzrədir. Bununla yanaşı, gölün yamacları beton tavalarla üzlənib, ətrafının isə dəmir barmaqlıqlarla əhatələnməsi nəzərdə tutulub. Hazırda burada 50-yə yaxın işçi, 10-a yaxın texnika çalışır.

6 hektar əraziyə malik süni gölün dekabr ayında təhvil veriləcəyi gözlənilir. Gələn ayın sonunda gölə suyun, eləcə də müxtəlif balıq növlərinin buraxılmasına başlanılacaq.

Xatırladaq ki, süni göl ötən ilin yaz aylarında qonşu rayonların ərazisindən gələn sel suları nəticəsində daşaraq, ətrafda yerləşən yaşayış sahələri üçün təhlükə yaratmışdı. Dibi lil və palçıqla dolan gölün suyu aidiyyəti qurumlar tərəfindən tamamilə çəkilmişdi.

Избранный
15
1
apa.az

2Источники