Oktyabrda Özbəkistanda dünyasını dəyişən rusiyalı jurnalistin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti-yə respublikanın Baş Prokurorluğundan məlumat verilib.
Oktyabrda Özbəkistanda dünyasını dəyişən rusiyalı jurnalist İnessa Papernayanın qanında hemoglobin və dəm qazı birləşməsinin izləri aşkarlanıb.
Onlar həmçinin qeyd ediblər ki, bu iş üzrə məhkəmə-tibbi ekspertizaları davam edir.
Xuraman Etibarlı
İnterpress.az