RU

"Hizbullah" İsrailin hərbi kəşfiyyat bazasını vurdu

Livanın “Hizbullah” hərəkatı İsrailin Təl-Əvivdəki Tel Haim hərbi kəşfiyyat bazasına ilk raket hücumunu həyata keçirib. SİA xəbər verir ki, bu barədə qrupun "Telegram" kanalında məlumat verilib.

“İlk dəfə olaraq düşmən İsrail ordusunun hərbi kəşfiyyat şöbəsi ilə əlaqəli Tel Haim bazasına hücum edilib”, - kanalda bildirilib.

Qeyd edilib ki, hərbi baza Livan-Fələstin sərhədindən 120 kilometr aralıda yerləşir.

Noyabrın 13-də "Hizbullah" hərəkatının döyüşçülərinin ilk dəfə pilotsuz uçuş aparatları ilə İsrail Müdafiə Nazirliyinin baş qərargahının ərazisinə hücum etdiyi bildirilib. Baş Qərargah da Təl-Əvivdə yerləşir.

Избранный
9
1
sia.az

2Источники