"Monza"nın yarımmüdafiəçisi Daniel Maldini klubu tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
23 yaşlı futbolçunu "İnter", "Yuventus", "Atalanta" və "Fiorentina" ilə yanaşı, "Milan" da izləyir.
Maldininin "Monza" ilə müqaviləsində 2025-ci ilin iyul ayının əvvəlində qüvvəyə minəcək və yalnız ayın sonuna qədər qüvvədə olacaq 12 milyon avro dəyərində sərbəst qalma bəndi var.
Daniel Maldini hazırkı A Seriyasında 11 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Oktyabrda Maldini İtaliya millisində debüt edib.