Bakı. Trend:
Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuketreysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaqzərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcilieniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindənTrend-ə verilənməlumata görə, “Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-dəuğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsinəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaqdoldurma qərarına gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması vəreysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildətəmin edib