Bakının Sabunçu rayonunda bıçalanma hadisəsi baş verib. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb. 2002-ci il təvəllüdlü İsmayılov Şirin Qafar oğlu tanımadığı şəxsin bıçaqlı hücumuna məruz aalıb. O, qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Ş.İsmayılov cərrahi əməliyyat edilib. Vəziyyəti orta ağırdır. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.