RU

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa böyük önəm verir - Pərviz Şahbazov

Bakı. Trend:

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpa olunan enerjisahəsində regional layihələrin həyata keçirilməsində əməkdaşlığaböyük önəm verir.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının energetika naziri Pərviz ŞahbazovCOP29 çərçivəsində Mərkəzi Asiyada enerji keçidi məsələlərinə dairİnvestisiya Forumunda bildirib.

“Son illərdə Mərkəzi Asiya ölkələri regionun zəngin bərpa olunanenerji resurslarından və enerji keçidi üçün zəruri olan kritikminerallardan istifadə məqsədilə mühüm layihələr həyata keçirirlər.Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpa olunan enerji sahəsindəregional layihələrin həyata keçirilməsində əməkdaşlığa böyük önəmverir. Bu kontekstdə biz Mərkəzi Asiya–Azərbaycan Yaşıl EnerjiDəhlizinin həyata keçirilməsi üzrə strateji təşəbbüsə dairəməkdaşlığa start vermişik. Bu təşəbbüs ölkələrimizin yaşıl enerjikeçidindəki rolunu gücləndirmək və enerji təhlükəsizliyinimöhkəmləndirmək məqsədini daşıyır. Bu səylər beynəlxalq investorlarüçün cəlbedici imkanlar yaradır”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
11
az.trend.az

1Источники