RU

Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib

Bakı. Trend:

Energetika Nazirliyi Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi(IRENA) ilə birlikdə “Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa OlunanEnerji Tərəfdaşlığı” (APRECA) adlı proqram təsis edib.

Trend xəbərverir ki, proqram COP29 çərçivəsində təşkil olunmuş Mərkəzi AsiyadaEnerji keçidi üzrə İnvestisiya Forumunda təqdim olunub.

Forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan,Tacikistan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən nazirlərvə nazir müavinləri iştirak ediblər. Onlar Mərkəzi Asiyaölkələrində artan enerji tələbatını ödəmək, enerji mənbələrininmüxtəlifliyini təmin etmək, iqtisadi artımı dəstəkləmək və iqlimməqsədlərinə nail olmaq üçün yaşıl enerjidən istifadəni artırmağınyollarını müzakirə edib.

Qeyd olunub ki, APRECA proqramı Mərkəzi Asiya ölkələrininpotensialını səfərbər edərək regional əməkdaşlıq çərçivəsindəinvestisiyaların genişləndirilməsini, regionlararası əlaqələringücləndirilməsini və sosial-iqtisadi faydaların artırılmasınıhədəfləyir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
18
az.trend.az

1Источники