RU

COP29 çərçivəsində Qazaxıstanın əldə etdiyi razılaşmalar üzrə ümumi investisiya həcmi təxminən 3,7 milyard ABŞ dolları təşkil edəcək - İlyas Bakıtcan

Bakı. Trend:

COP29 çərçivəsində Qazaxıstanın əldə etdiyi razılaşmalar üzrəümumi investisiya həcmi təxminən 3,7 milyard ABŞ dolları təşkiledəcək.

Trend xəbər verir ki, bunuQazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtcan MərkəziAsiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinintəşviqi üzrə Nazirlər Dialoqu zamanı deyib.

“Qazaxıstan yaşıl enerjinin fəal inkişafına və 2060-cı ilə qədərkarbon neytrallığına nail olmağa hədəflənib. Qazaxıstandaperspektivli istiqamətlərdən biri bərpa olunan enerjinin inkişafıvə külək enerjisi obyektlərinin tikintisidir. COP çərçivəsindəQazaxıstan hökuməti və Çin hökuməti bərpa olunan enerji mənbələrisahəsində iri layihələrin həyata keçirilməsinə dair sazişimzalayıblar. Həmçinin Masdar şirkəti ilə bərpa olunan enerjimənbələri üzrə iri layihələrin həyata keçirilməsi üçün investisiyarazılaşmaları imzalanıb.

Bu layihələr üzrə ümumi investisiya həcminin təxminən 3,7milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir. Qlobal karbonneytrallığına nail olmaq meyillərini nəzərə alaraq, Qazaxıstanmilli şərait, maraqlar və sosial-iqtisadi amillərə uyğun olaraq həmənənəvi, həm də alternativ bərpa olunan enerji mənbələrini inkişafetdirərək balanslı və ardıcıl enerji keçidinə üstünlük verir”, –deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
12
az.trend.az

1Источники