RU

Azərbaycan sivil gələcək müzakirələrinə meydan açıb

COP29-un Liderlər Sammiti konfransın növbəti iki həftəsi üçün siyasi istiqamətin müəyyən edilməsində mühüm fürsət oldu. Bunu noyabrın 14-də keçirilmiş mətbuat konfransında COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib.

Sammitdə iqlim dəyişikliyi sahəsində konsensusa nail olmaq və fəaliyyətə təkan vermək kimi ortaq hədəfi olan 80 dünya lideri, o cümlədən dövlət və hökumət başçılarının iştirakını xatırladan baş danışıqçı deyib ki, COP29 komandası konfrans çərçivəsində xüsusi tədbir təşkil edərək inkişaf etməkdə olan kiçik ada dövlətlərinin səsinin ən yüksək səviyyədə eşidilməsi üçün xüsusi səy göstərdik: “Biz iqlim dəyişikliyinin nəticələri ilə mübarizənin ön cəbhəsində olan icmaların nümayəndələrini dinlədik. Onlar bərpaolunmaz itkilərdən danışaraq bizə ambisiyaların artırılması və fəaliyyətin gücləndirilməsi planının həyata keçirilməsinin vacibliyini xatırladıblar, eləcə də uğur qazanmaq üçün kollektiv səylərin lazım olduğunu bildiriblər”.

Fransız jurnalistin ölkəsinin ekologiya nazirinin Bakıya səfərini ləğv etməsi barədə qərarı ilə bağlı sualını cavablandıran Yalçın Rəfiyev Azərbaycanın konstruktiv və səmərəli iqlim müzakirələrində iştirak etmək istəyən hər kəs üçün öz qapılarını açdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan COP29-un sədri kimi müsbət nəticə əldə etmək üçün bütün proseslərin inklüzivliyini təmin edib: “Biz konstruktiv və məhsuldar müzakirələrə qoşulmaq istəyən hər kəs üçün qapılarımızı açmışıq. Qapılarımız açıq qalır və ümid edirik ki, burada iştirak edənlərin hamısının ümumi niyyəti var. İlk növbədə, inkişaf etməkdə olan ölkələrin ehtiyac və prioritetlərinin təmin edilməsinə kömək edəcək müsbət nəticə əldə etmək üçün kollektiv səylərdə iştirak etmək istəyirik”.

Избранный
6
xalqqazeti.az

1Источники