RU

Mərkəzi Asiya ölkələrinin ümumi və regional dayanıqlığa nail olmaq üçün iddialı planları var - Nazir müavini

Bakı. Trend:

Mərkəzi Asiya ölkələri gələcəkdə ümumi və regional dayanıqlığa,ekoloji təhlükəsizliyə nail olmaq üçün iddialı planlaramalikdirlər.

Trend xəbər verir ki, bunuQazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtcan MərkəziAsiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinintəşviqi üzrə Nazirlər Dialoqu zamanı bildirib.

“Ölkələrimizin gələcəkdə ümumi və regional dayanıqlığa, ekolojitəhlükəsizliyə nail olmaq üçün iddialı planları var. COP29çərçivəsində biz yaşıl enerjinin inkişafı üzrə böyükhökumətlərarası layihələrin həyata keçirilməsini uğurla elan etdik.Xüsusilə, Qazaxıstan, Azərbaycan və Özbəkistan prezidentləri Xəzərdənizinin dibi ilə dərin sulu kabelin tikintisinə dairhökumətlərarası saziş imzaladılar. Bu, gələcəkdə Avropaya yaşılenerji ixracı üçün infrastrukturun yaradılmasına töhfə verəcək ənböyük regional layihədir”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
8
az.trend.az

1Источники