RU

Zelenskidən daha bir plan

Ukrayna Prezidenti Vlodimir Zelenski gələn həftə ölkənin “müqavimət planını” təqdim edəcəyini qeyd edib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, plan 10 bənddən ibarətdir və daxili siyasətə yönəlib.

Qeyd olunub ki, o, təhlükəsizlik, enerji və silah – onların Ukraynada istehsalı və tərəfdaşlarla əməkdaşlığa dair müddəaları əhatə edəcək.

Bundan əlavə, planın bəndlərindən biri də Ukraynanın “mədəni suverenliyi” olacaq. Bu, ölkənin mədəni irsinə, müasir mədəniyyətinə aiddir.

Xatırladaq ki, daha əvvəl Ukrayna lideri “qələbə planı”nı təqdim etmişdi. Ancaq bu, bir çox Qərb ölkələri tərəfindən birmənalı qarşılanmamışdı.

Məlik,

KONKRET.az

Избранный
12
konkret.az

1Источники