RU

Bakı Limanında günəş enerjisi ilə işləyən fotovoltaik qurğunun inşası üçün müqavilə imzalandı

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakı Limanı vəMalaziyanın “Tiza Green Energy” şirkəti Azərbaycanın günəş enerjisiilə Batareya Enerji Saxlama Sisteminin (BESS) inteqrasiya olunduğuilk layihəyə start verib. Bu gün Bakı Limanı ilə “Citaglobal”şirkətinin törəməsi olan “Tiza Green Energy” ilə 5,4 MVt gücündəgünəş enerjisi ilə işləyən fotovoltaik (PV) qurğusunun inşası üçünçərçivə müqaviləsi imzalayıb.

Trend xəbər verir ki,müqaviləni Bakı Limanının Baş direktoru Taleh Ziyadov və “TizaGreen Energy”nin prezidenti və icraçı direktoru Norza Zakariimzalayıblar.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov bildirib ki,limanında 5,4 MVt gücündə günəş fotovoltaik qurğusunun istifadəyəverilməsi Azərbaycanın təmiz enerjiyə keçidində irəliyə doğru mühümaddımdır.

Onun sözlərinə görə, “Tiza Green Energy”, “Citaglobal”ınistehsalı olan BESS qurğusunu yerləşdirəcək və bu, limana istehsalolunan günəş enerjisinin bir qisminin liman ehtiyacları üçünistifadə etməyə, qalan hissəsinin isə BESS sistemində saxlanmasınıvə ehtiyac yarandıqdan sonra istifadə olunmasını mümkün edəcək.

“2019-cu ildən bəri Xəzər regionunda ilk Yaşıl Liman statusunualaraq ətraf mühitə təsirimizi minimuma endirmək üçün mühümtədbirlər həyata keçirmişik. Strategiyamız 2035-ci ilə qədər sıfırkarbon emissiyasına (net-zero emission) nail olmaqdır və mən əminəmki, “Tiza Green Energy” ilə tərəfdaşlığımız bizi dayanıqlıtəcrübələrdə lider kimi mövqeləndirəcək və limanda CO2emissiyalarımızı əhəmiyyətli dərəcədə azaldacaq. Günəş enerjisi vəBESS texnologiyasının inteqrasiyası həm iqtisadi, həm də ətrafmühitin mühafizəsi üzrə öhdəliyimizi gücləndirərək, enerjiidarəçiliyi üzrə böyük imkanlar yaradacaq. Bu, günəş enerjisi iləinteqrasiya olunmuş Batareya Enerji Saxlama Sisteminin (BESS) ölkəərazisində ilk tətbiqi olacaq”, - deyə T.Ziyadov bildirib.

Limanın direktoru əlavə edib ki, layihə tamamlandıqdan sonralimanda karbon emissiyalarının azaldılması, enerji səmərəliliyininartırılması və bərpaolunan mənbələrdən istifadə vasitəsilə enerjitəhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş Bakı Limanının YaşılLiman sahəsindəki statusuna töhfə verəcək. Onun sözlərinə görə,bununla də ənənəvi şəbəkə enerjisindən asılılıq azalacaq.Müqaviləyə əsasən liman ərazisində olan binaların damlarında günəşpanelləri qurulacaq.

“Tiza Green Energy”nin prezidenti və icraçı direktoru NorzaZakari isə qeyd edib ki, bu müqavilə günəş enerjisi və BESStexnologiyasını mükəmməl şəkildə birləşdirən innovativ həll yoluilə Azərbaycanın bərpaolunan enerji sahəsinin irəliləyişində mühümmərhələdir: “Tətbiq etdiyimiz həll, Bakı Limanında təmiz enerjiistifadəsini artırmaqla yanaşı davamlı, sərfəli enerji həllərinə dətövfə verəcək”.

Daha sonra tədbir çərçivəsində Bakı Limanı tərəfindən COP29yazısı və loqosu olan xalça qonaqlara təqdim edilib, “Tiza GreenEnergy” isə Bakı Limanına solar panel üzərində dəyərli bir rəsməsəri hədiyyə edib.

Избранный
14
13
az.trend.az

10Источники