RU

Numan Kurtulmuş: "Türkiyə Kıbrıs (Kipr) türklərinin yanında olacaq"

Kıbrıs (Kipr) adasında iki icmalı seçimdən başqa həll yolu  yoxdur.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş  Şimali Kipr Türk Cümhuriyyətinin Ankara Səfirliyi tərəfindən Cümhuriyyətin yaranmasının 41-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə etdiyi çıxışda deyib.

Numan Kurtulmuş Şimali Kipr Türk Cümhuriyyətinin elan edilməsindən 41 il keçdiyini və hazırda özünü dünyaya sübut etmiş bir dövlət olduğunu vurğulayaraq deyib:

“Bu 41 illik dövr ərzində çox ciddi problemlər, böyük çətinliklər dəf edilib. Bu müddət ərzində adada sülh içində yaşamaq niyyətlərini nümayiş etdirən və bu addımları atmaq üçün hər cür fədakarlığı edən Kıbrıs türkləri oldu. Amma təəssüf ki, bəzi dairələr, xüsusilə də Avropa ölkələri, davamlı olaraq Şimali Kıbrıs Türk Cümhuriyyətini cəzalandırmaq və Kıbrıs türklərini beynəlxalq arenada marjinallaşdırmaq yolunu seçiblər.

Bu qədər illik təcrübə və hadisələrdən sonra Kıbrıs adasında iki icmalı variantdan başqa seçim yoxdur. Şimali Kıbrıs Türk Cümhuriyyəti əbədiyyətədək yaşayacaq. Türkiyə olaraq dünən olduğu kimi bu gün də ŞKTC-ni hər sahədə müdafiə etmək, kıbrıslı soydaşlarımızın bütün hüquq və qanunlarını əlimizdə olan imkanlarla təmin etmək üçün mübarizəmizi davam etdirəcəyik”.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da “Türkiyə vətən və qarant ölkə olaraq, şərtlərdən asılı olmayaraq hər zaman Şimali Kıbrıs Türk Cümhuriyyətinin və Kıbrıs türklərinin yanında olacaq” deyib.



Избранный
19
3
trt.net.tr

5Источники