RU

Xamineyinin müşaviri Suriyada öldürülüb?

İranın dini lideri Əli Xamineyinin müşaviri Əli Laricani dünən Suriyanın paytaxtında bombardmana məruz qalıb. Tribunainfo.az xəbər verir ki, onun Dəməşqdə görüş keçirdiyi binanın yaxınlığında partlayışlar baş verib.

“Sputnik” Agentliyi məlumat yayıb ki, İsrailin raket zərbələri nəticəsində görüş keçirilən məkanın yaxınlığındakı iki binada partlayış olub və ilkin məlumata görə, 15 nəfər ölüb.

Hadisə nəticəsində Əli Laricaninin də öldürüldüyü iddia olunur. Hətta bəzi müxalifyönlü İran mediası bu məlumatı paylaşıb. Lakin SEPAH-a yaxın olan “Tasnim” Agentliyi dərhal məlumatı təkzib edib və rəsmi qurumlara istinadən bildirib ki, Laricani sağdır.

Qeyd edək ki, Hizbullahın lideri Həsən Nəsrullahın da ölüm xəbəri İran tərəfindən təkzib edilmişdi. Lakin bu təkzibdən 5 gün sonra təşkilat rəhbərinin öldürülməsi məsələsini təsdiqləmişdi.

Hələlik Laricanı özü açıqlama verməyib. Onun Dəməşqdə görüşlərəm davam etdiyi deyilir. Bu da bir çoxlarına şübhə yaradıb ki, onun ölüm xəbəri doğru ola bilər.

 

Избранный
10
tribunainfo.az

1Источники