RU

Bəzi liderlərin COP29-da iştirak etməməsinə RƏSMİ MÜNASİBƏT

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29-da iştirak etməməsinə münasibət bildirib.

Medianews.az-ın APA-ya istinadən xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, indiyə qədər 80-dən çox ölkənin dövlət və hökumət başçıları COP29-da iştirak edib.

“Konvensiyaya üzv olan 198 tərəf var. Bir-iki istisnanı çıxmaq şərti ilə, 198 tərəfdən, demək olar, hamısının nümayəndə heyəti Bakıdadır. Onlar hazırda bu mövzu ilə məşğul olurlar. Bu və ya digər liderin iştirak edib-etməməsinə gəlincə isə, Azərbaycan olaraq, bizim qapımız hər kəsin üzünə açıqdır. Biz onların hər birini konfransda görməkdən məmnun olardıq. Biz ancaq Konfransın uğuruna köklənməliyik”, – nazir qeyd edib.

Избранный
6
28
medianews.az

10Источники