RU

Xanım deputat Oksford Universitetindən məzun olub - "Təhsil haqqının 70 faizni kim ödəyib?" sualı isə cavabsız qalıb

Prezident Ərdoğanın lideri olduğu AK Partiyanın İstanbuldan deputatı, 28 yaşlı Rümeysa Kadak dünyada cəmi 4 nəfərə verilən təqaüdlə İngiltərənin Oksford Universitetində biznes idarəçiliyi üzrə magistr təhsilini tamamlayıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Məlumata görə, onun məzuniyyətlə bağlı paylaşımına bir çox istifadəçi "Ora çox bahalıdır, səni kim maliyyələşdirir?" sualları ünvanlayıblar.

Deputat suallara cavabda yazıb: "Özüm xaricdə oxumaq istədim, çünki Türkiyədə hansı universitetdə oxusam, orada kiminsə dəstəyi ilə oxuduğumu deyənlər olacaqdır".

Bundan sonra izləyicilər ona belə sual ünvanlayıblar: "Xalqın övladına imam hatip, sənə Oksford?", "Nə ədalətli dünya, "Oksford"da təhsil haqqının 30 faizi bursludur (güzəştli-mia.az), bəs qalan 70 faizini kim ödəyib?".

Deputat bu kimi suallardan yayınaraq bildirib ki, “...Heç vaxt düşünməzdim ki, bir gün "Oksford"da niyə oxuduğumu izah etməliyəm...".

Ləman

MİA.AZ

Избранный
17
mia.az

1Источники