RU

İqlim dəyişiklikləri ilə mübarizə sıx əməkdaşlıq tələb edir - BMT-nin Baş Katibinin köməkçisi

İqlim dəyişiklikləri ilə mübarizə sıx əməkdaşlıq tələb edir.

Olaylar xəbər verir ki, bunu BMT-nin Baş Katibinin Qanunun Aliliyi və Təhlükəsizlik Təsisatlari üzrə köməkçisi Aleksandr Zuyev COP29 çərçivəsində Bakıda keçirilən "İqlim dəyişikliklərinə qarşı mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda yüksək səviyyəli sessiyada bildirib.

"İqlim dəyişiklikləri ilə mübarizə üçün effektiv tədbirlər hüquq-mühafizə orqanları, ekoloji agentliklər və beynəlxalq tərəfdaşlar arasında sıx və səmərəli əməkdaşlıq tələb edir. Bir çox ekoloji cinayətlər transmilli xarakter daşıyır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, BMT hüquq-mühafizə orqanlarının imkanlarını artırmaq üçün İnterpol və UNEP kimi qurumlarla tərəfdaşlıq vasitəsilə səylər göstərir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.İqlim dəyişiklikləri ilə mübarizə sıx əməkdaşlıq tələb edir.

Trend xəbər verir ki, bunu BMT-nin Baş Katibinin Qanunun Aliliyi və Təhlükəsizlik Təsisatlari üzrə köməkçisi Aleksandr Zuyev COP29 çərçivəsində Bakıda keçirilən "İqlim dəyişikliklərinə qarşı mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda yüksək səviyyəli sessiyada bildirib.

"İqlim dəyişiklikləri ilə mübarizə üçün effektiv tədbirlər hüquq-mühafizə orqanları, ekoloji agentliklər və beynəlxalq tərəfdaşlar arasında sıx və səmərəli əməkdaşlıq tələb edir. Bir çox ekoloji cinayətlər transmilli xarakter daşıyır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, BMT hüquq-mühafizə orqanlarının imkanlarını artırmaq üçün Interpol və UNEP kimi qurumlarla tərəfdaşlıq vasitəsilə səylər göstərir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
2
olaylar.az

3Источники