RU

Mask Trampın çevrəsini qıcıqlandırmağa başlayıb - Səbəbini "NBC News" açıqladı

ABŞ seçkilərindən sonra amerikalı milyarder İlon Mask yeni seçilmiş prezident Donald Trampın ətrafındakıları qıcıqlandırmağa başlayıb. O, özünü həmprezident kimi aparır.

Bu barədə Qaynarinfo "NBC News" kanalına istinadən xəbər.

Milyarder Mask Tramp onun Vivek Ramasvami ilə birlikdə yeni "Hökumətin Səmərəliliyi Departamentinə" rəhbərlik edəcəyini açıqladıqda böyük bir qələbə qazanıb.

Telekanalın məlumatına görə, bu bəyanat seçkidən sonra da Maskın Trampla yaxınlığını daha da gücləndirib. Lakin Trampın ətrafındakı bəzi insanlar üçün Maskın varlığı həddindən artıq görünür.

Bundan əlavə, Mask demək olar ki, mütəmadi olaraq Trampın Palm-Biçdəki evində olur, burada mühüm görüşlərdə və zənglərdə iştirak edir.

Mənbələr bildiriblər ki, Maskın seçki günündən sonrakı həftədə daimi Trampın evində varlığı, prezidentin daha uzun müddət yaxın çevrəsində olanları bezdirməyə başlayıb. 

"O, özünü həmprezident kimi aparır və hamının bunu bilməli olduğuna çalışır. O, prezidentin qələbəsində böyük xidmətlərinə əmindir. Trampa borclu olduğunu hiss etdirməyə çalışır. Prezidentin isə heç kimə heç bir borcu yoxdur", deyə Trampa yaxın olan adamlardan biri bildirib. 

Ancaq mənbələrdən biri qeyd edib ki, Maskın "hər şeyə öz fikri" var və o, onları o qədər güclü şəkildə bölüşür ki, Trampın insayderlərini narahat etməyə başlayıb.

"O, söz sahibi kimi görünmək istəyir (söz sahibi olmasa da belə)”, deyə mənbə bildirib.

Nizami Bağırov
Избранный
6
1
qaynarinfo.az

2Источники