RU

ANAMA sədri BMT Baş katibinin köməkçisi ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç ilə görüşüb.

ANAMA-dan hafta.az-a bildirilib ki, görüşdə qarşılıqlı maraq kəsb edən bir çox məsələlər, o cümlədən Azərbaycan Respublikasının ərazisində yaradılması nəzərdə tutulmuş ANAMA - BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi ilə bağlı fikir mübadiləsi aparılıb.

Vüqar Süleymanov Azərbaycanın üzləşdiyi mina probleminin insanların həyat və sağlamlığına, ətraf mühitə yaratdığı təhdidlər və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə qonağa məlumat verib.

COP29 çərçivəsində Azərbaycana səfər edən İvana Jivkoviç sözügedən beynəlxalq tədbirin ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, mina təhlükəsi ilə mübarizə sahəsinin BMTİP-nin Azərbaycandakı ən vacib istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

Görüşdə BMTİP ilə ANAMA-nın uzun illərə dayanan sıx əməkdaşlıq tarixçəsinin olduğu və humanitar minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsi istiqamətində faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Избранный
9
6
hafta.az

7Источники