RU

COP29 Rəyasət Heyəti irəliləyiş əldə etmək üçün bütün maraqlı tərəfləri toplamağa çalışıb - Yalçın Rəfiyev

Bakı. Trend:

Asiya İnkişaf Bankı təbii fəlakətlərin təsiri ilə mübarizəyəkömək etmək üçün yeni proqrama 3,5 milyard dollar maliyyəayırdığını açıqlayıb.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəCOP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsindəkeçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, bankın dayanıqlı su və ərzaq təhlükəsizliyi üzrəsəyləri sağlamlığa və çoxşaxəli sənayeyə təzyiqlə təhdid edilənlərəreal təsir göstərəcək.

“Azərbaycanın bank sektoru ədalətli keçidi dəstəkləmək üçünfəallaşdı və siyasətin qurulması üçün düzgün investisiyalarödədi.

Azərbaycan Respublikasının Mərkəzi Bankı davamlı investisiyalarüçün yeni yaşıl taksonomiya tətbiq edib. COP29 Rəyasət Heyətiirəliləyiş əldə etmək üçün bütün maraqlı tərəfləri toplamaq üçünçalışıb. Lakin çox vaxt davamlı həllər onlara ehtiyacı olan ölkələrüçün əlçatmaz olur”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
11
1
az.trend.az

2Источники